Ronaldo Braziliya Futbol Konfederasiyasının prezidenti olmaq istəyir
Braziliyalı məşhur hücumçu Ronaldo ölkəsinin Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyir.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi futbolçu gələn il keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırır. “Fenomen” ləqəbli keçmiş forvarda iş adamlarından, eləcə də məşhur futbolçulardan güclü dəstək var.