Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:18 / 04 Dekabr 2024

Məhkəmə qərar verdi: Rüfət Səfərov həbs edildi - YENİLƏNDİ

1247

17.33

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.


Bakupost.az xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılacaq.

Hazırda məhkəmə keçirilir.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

***
18.32

Ötən gün şübhəli şəxs qismində tutulan hüquq müdafiəçisi Rüfət Səfərov hakim qarşısına çıxarılıb.

Bakupost.az -ın məlumatına görə, müstəntiq və ibtidai istintaqa prosessual rəhbərlik edən prokuror dələduzluqda və xuliqanlıqda təqsirləndirilən şəxsin həbsini istəyir.

İş materiallarından məlum olub ki, Rüfət Səfərova Cianyət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə də əlavə ittiham verilib.

Hazırda Binəqdəi Rayon Məhkəməsində proses gedir.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də Natiq İmamquliyev adlı şəxsin şikayəti əsasında Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb, izahatı alındıqdan sonra material istintaq şöbəsinə göndərilib.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) medianın sorğusuna cavab verib. Nazirlikdən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub. O, həmin səbəbdən saxlanılıb.

***

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan vəsatətə baxılıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb.

Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar