Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:29 / 04 Dekabr 2024

Rüfət Səfərovun həbsinə səbəb olan hadisənin DETALLARI

836
Xəbər verdiyimiz kimi, ötən gün keçmiş müstəntiq Rüfət Səfərov saxlanılıb və bu gün onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Keçmiş müstəntiq Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə ) və (221.1-
ci xuliqanlıq) maddələri ilə ittiham olunur.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, torpaq alqı-satqısı ilə bağlı R.Səfərovla bir nəfər arasında münaqişə olub. Belə ki, bir müddət öncə Rüfət Səfərov özlərinə məxsus torpaq sahəsini ailəsindən xəbərsiz bir nəfərə satıb və pulunu tam şəkildə alıb.

Bundan sonra atası Eldar Sabiroğlu ilə onun arasında mübahisə başlayıb. Buna səbəb R.Səfərovun torpağın satılmasından əldə edilən gəlirdən atasına verməməsi olub. Bu səbəbdən tərəflərin münaqişəsi daha da böyüyüb. Bu münaqişədə Rüfət Səfərovun xalası qızının da iştirak etdiyi bildirilir.

İddiaya görə, çıxılmaz vəziyyətdə qalan E.Sabiroğlu buna cavab olaraq torpağı almış şəxsi həmin əraziyə buraxmayıb, tikinti aparmasına imkan verməyib. Nəticədə həmin şəxs bir neçə dəfə Rüfət Səfərovdan torpağı və ya heç olmasa pulunu tələb etsə də, imtina cavabı alıb. Sonuncu belə söhbət zamanı aralarında ciddi münaqişə baş verib.

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar