Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:53 / 29 İyul 2024

Rus casusları Bakı və İrəvanı yeni münaqişəyə cəlb edir? - Şərh

2531
“Ermənistana məxsus kvadrokopterlər ərazimizdə uçub nəyə nail olacaqlar ki? O ərazilərdə hansısa hərbi obyektlər yoxdur. Biz işğaldan azad edilən ərazilərimizdə quruculuq işlərini davam etdirməliyik ki, insanlarımızın ora köçü davam etsin. Ermənilərə fikir vermək lazım deyil”.





Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, Qərbə yolu bağlı olan Ermənistanın sülhə möhtac olduğunu bildirib:

“Onların Qərbə yolu Türkiyədən keçir. Əgər sabah Ermənistan Rusiyadan qopsa, genişmiqyaslı ticarət başlasa, hardan keçməlidir? Əlbəttə ki, Türkiyə ərazisindən. Erməni ordusu ciddi şəkildə Rusiyadan asılıdır. Orda isə Rusiyanın xeyli sayda casusları işləyir və aranı vurmaq üçün bu cür təxribatlara cəhd edirlər”.


Qeyd edək ki, iyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar