Ru
17:56 / 25 Aprel 2025

"Rus Evi" ilə bağlı daha bir qalmaqal: muzdlu toplayan qadın azad edilir?

"Rus Evi" ilə bağlı daha bir qalmaqal: muzdlu toplayan qadın azad edilir?
Eye

Qırğızıstandakı “Rus Evi”nin muzdlu əsgər toplamaqda şübhəli bilinərək saxlanılan əməkdaşı Nataliya Sekerina ev dustaqlığına buraxılacaq.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiyanın Bişkekdəki səfirliyinə istinadən bildirib.

Diplomatik nümayəndəlikdən qeyd edilib ki, müstəntiqlər əvvəllər seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini mümkün hesab ediblər.

Səfirliyin bildirdiyinə görə, Qırğızıstan xüsusi xidmət orqanlarının "Rus Evi"nə qarşı heç bir iddiası yoxdur və işçinin saxlanması “Rossotrudniçestvo”nun Bişkekdəki fəaliyyəti ilə bağlı deyil.

Sekerina aprelin 23-də muzdluları cəlb etməkdə şübhəli bilinərək saxlanılıb. Bişkek məhkəməsi onun barəsində iyunun 17-dək həbs qətimkan tədbiri seçib. Respublikanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi cinayət işi açıb; qadını 10 ilə qədər həbs gözləyir. Eyni iş çərçivəsində Oş meriyasının əməkdaşı Sergey Lapuşkin və daha iki nəfər saxlanılıb.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar