Rus hərbçilər kazarmanın əmlakını Voskepardan (Əskipara - red.) köçürür.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə erməni jurnalist Oskan Sarkisyan açıqlayıb.
"Voskepar kəndinin inzibati ərazisində dövlətlərarası avtomobil yolunun kənarında TIR-lar var. Dağılmış rus kazarmalarının modulları daşınır. Voskepar sakinləri bu modulların hara köçürüldüyünü bilmir. Onların Ararata və ya Rusiyaya köçürüldüyü deyilir", - məlumatda qeyd olunub.
Rusiya hərbçiləri 2021-ci il avqustun əvvəlində Qızıl Hacılı kəndinə yerləşiblər. Onlar əvvəlcə kəndin kənarındakı tərk edilmiş evlərin birində yaşayırdılar, sonra yığma modullardan kazarma tikdilər. Bənzər kazarma Berd icmasının Aygepar kəndində, keçmiş kiçik hava limanının ərazisində də yığılıb. Azərbaycanla sərhədin həmin hissəsində demarkasiya işlərində rus hərbçilərinin iştirak etməli olduğu güman edilirdi, lakin onlar bu prosesdə iştirak etməyiblər.