Rus ordusu Novoandreyevka, Novovasilyevka, Daçnoye, Razliv, Yantarnı və Andreyevka ərazilərində irəliləyib.
Bakupost.az xəbər verir ki, bu barədə “DeepState” monitorinq mərkəzinin məlumatında deyilir. Qeyd olunub ki, rusların Çasov-Yar istiqamətində irəliləyib-irəliləmədiyi dəqiqləşdirilməyə çalışılır.
110 saylı ayrı-ayrı mexanikləşdirilmiş briqadanın ictimaiyyətlə əlaqələr xidmətinin rəisi Mark Bezruçko İvan Sekaç bildirib ki, rusların Donetsk vilayətindəki Velyka Novosilkadan daha da irəli gedə bilmələri üçün çox səy göstərmək lazım olacaq:
“Çünki orada dayaq yeri yoxdur. Qəsəbədəki su maneəsi körpübaşında qüvvələrimizə dəstək verən əsas amildir. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin körpübaşında və Velyka Novosilkada olan bölmələri gücləndirilib”.
Rumıniyada prezidentliyə namizəd, ifrat sağçı və rusiyayönlü siyasətçi Kalin Georgesku Ukraynanı “uydurma dövlət” adlandırıb və onun qonşu dövlətlər arasında bölünməsinin “qaçılmaz olduğunu” iddia edib. Georgesku yerli mətbuata müsahibəsində Ukraynaya qarşı açıq ərazi iddiaları irəli sürüb. Prezidentliyə namizəd Ukraynanın Zakarpatye ərazilərinin Rumıniyanın maraq dairəsində olduğunu deyib və əlavə edib ki, Lvov Polşaya, Ukraynanın şərqi isə Rusiyaya keçəcək: "Yüz faiz, belə olacaq. Onların başqa yolu yoxdur! Ukrayna uydurma dövlətdir. Bu, Ukrayna Sovet Sosialist Respublikasıdır!"
Bundan əvvəl Georgesku, qələbə qazanacağı təqdirdə, Rumıniya vasitəsilə Ukrayna taxılının ixracını və Ukraynaya əlavə hərbi yardımı qadağan edəcəyini açıqlamışdı. Qeyd edək ki, Georgesku bütün anormallıqlarına rəğmən may ayında keçiriləcək prezident seçkiləri ərəfəsində Rumıniyada ən populyar namizəd olaraq qalır.