Rusiya qoşunları Ermənistan-İran sərhədindən çıxarılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, bu gündən etibarən Ermənistan və İran arasındakı dövlət sərhədində yerləşən Aqarak sərhəd-keçid məntəqəsində sərhəd nəzarətini yalnız Ermənistanın sərhəd qoşunları həyata keçirəcək.
O, uzun illər ərzində sərhəddə xidmət göstərmiş Rusiya sərhədçilərinə təşəkkür edib və Ermənistan sərhədçilərinə uğurlar arzulayıb.