Ru
23:07 / 17 Aprel 2025

Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək - Tramp

Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək - Tramp
Eye

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, bu həftə Rusiyadan Ukraynada atəşkəs təklifi ilə bağlı cavabı gözləyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

“Onlardan cavabı bu həftə eşidəcəyik. Əslində, çox tezliklə. Biz istəyirik ki, bu müharibə dayansın. Biz istəyirik ki, ölümlər və qətllər sona çatsın”, – deyə Tramp bildirib.

ABŞ lideri həmçinin onu da vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında gedən müharibədə hər həftə təxminən 2500 nəfər həlak olur.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar