Ru
14:24 / 07 Dekabr 2024

Rusiya aviasiyası Suriyada yaraqlılara zərbələr endirdi

Rusiya aviasiyası Suriyada yaraqlılara zərbələr endirdi
Eye


Suriya aviasiyası və Rusiya Kosmik Hava Qüvvələrinin təyyarələri Homs əyalətində yaraqlıların mövqelərinə ardıcıl zərbələr endirərək onlarla döyüşçünü məhv edib.

Bakupost.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir.

Suriya hərbçiləri qeyd ediblər ki, zərbələr döyüşçülərin cəmləşdiyi məkanlara, onların nəqliyyat vasitələrinə və texnikalarına endirilib.

Bundan əlavə, Həma və Homs əyalətlərinin kənd yerlərində qrupun infrastrukturunun və təchizat xətlərinin məhv edilməsi məqsədilə intensiv artilleriya və raket atəşləri həyata keçirilib ki, bu da onun əhəmiyyətli itki verməsinə səbəb olub.

Aviasiya zərbələri regionda silahlı birləşmələri sıxışdırmaq məqsədilə Suriya Hava Qüvvələri və Rusiya Kosmik Hava Qüvvələrinin birgə əməliyyatının tərkib hissəsi olub.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar