Ru
11:41 / 06 Mart 2025

Rusiya aylar sonra ABŞ-yə səfir təyin etdi

Rusiya aylar sonra ABŞ-yə səfir təyin etdi
Eye

Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-yə səfir təyin edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.


"Aleksandr Nikitiç Darçiyev Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin" , - sənədin mətnində deyilir.

Xatırladaq ki, ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Moskvanın ABŞ-dəki səfiri Anatoliy Antonov geri çağırıb. Antonov 2017-ci ildə bu vəzifəyə təyin edilmişdi.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar