“Azərbaycanlılar hər zaman Rusiyanın qoyduğu qaydalara əməl ediblər və bu gün də əməl edirlər. İndi də Rusiya miqrasiya ilə bağlı qanunları sərtləşdirib. Qanunsuz miqrantları ölkədən çıxarmağa çalışırlar. Azərbaycanlılara qarşı münasibətdə isə bir qədər də sərt davranılır. Rusiyada miqrant azərbaycanlıların sayı digər ölkələrdən gedən miqrantların sayından çox deyil. 600 min azərbaycanlının Rusiya vətəndaşlığı var ki, onlar bu dövlətin vətəndaşlarıdırlar, qanun sərtləşməsi onlara şamil olunmur”.
O qeyd edib ki, Rusiya miqrantlarla bağlı qanun qəbul edirs sərt tədbirlər görürsə, biz buna hüquqi baxımdan nəsə deyə bilmərik:
"Amma bu qanun və tədbirlərlə Rusiya bizə deyil, özünə ziyan vurmuş olur. Hazırda 500 min Azərbaycan vətəndaşı Rusiyada işləyir, miqrant kimi yaşayır. Bu say o qədər də çox deyil. Rusiyada qanunsuz yaşayan vətəndaşlarımızın sayı məhduddur, onları qəbul etmək Azərbaycan üçün elə də problem deyil. Azərbaycanlılar da, elə digər ölkələrdən gedən miqrantlar da Rusiyanın əmək bazarında önəmli rol oynayır. Rusiya miqrantları ölkədən çıxarmaqla özünə ziyan vurmuş olur”.
Sevinc,
BakuPost