Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:28 / 21 Noyabr 2024

Rusiya bu raketlə Kiyevi 8 dəqiqəyə vura bilər - Ukraynalı ekspert AÇIQLADI

594
Rusiyanın RS-26 “Rubej” qitələrarası ballistik raketi buraxılsa, Kiyevə 8-10 dəqiqəyə çatacaq.

Bakupost.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, hərbi ekspert İqor Romanenko bildirib.

Onun fikrincə, Qərbin tədarük etdiyi “Patriot” və “SAMP-T” hava hücumundan müdafiə sistemlərinin təhlükənin öhdəsindən gəlib-gəlməyəcəyi sual altındadır:

"Konvensiya baxımından biz qeyri-nüvə silahları ilə məşğul oluruq. "Rubej" adi ballistik raketdən qat-qat güclüdür, lakin hava hücumundan müdafiə mütəxəssisləri "Xəncər"ləri vurmağı öyrəniblər. İndi yeni bir raket peyda oldu, ruslar ondan Ukraynadakı “qərarqəbuletmə mərkəzlərinə” təsir etmək üçün istifadə etmək istəyirlər. Qlobal vəziyyəti nəzərə alaraq, onunla zərbə ehtimalı yüksəkdir".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar