Ru
11:33 / 24 Aprel 2025

"Rusiya Çinlə əməkdaşlıq edən digər dövlətlərə qısqanclıqla yanaşır" - Açıqlama

"Rusiya Çinlə əməkdaşlıq edən digər dövlətlərə qısqanclıqla yanaşır" - Açıqlama
Eye

“Prezident İlham Əliyevin Çinə səfəri təkcə Azərbaycan və Çində deyil, eyni zamanda, dünya ölkələrində, müxtəlif mərkəzlərdə diqqətlə izlənildi. Rusiyada, İranda, Avropada, ABŞ-da. Bu gün bəzi ölkələr Çinlə rəqabətdədirlər. Onlar hansısa dövlətin Çinlə əməkdaşlığına bir qədər paxıllıqla yanaşırlar. Baxmayaraq ki, Çin Rusiyanın strateji tərəfdaşıdır, Moskva Pekinlə əməkdaşlıq edən digər dövlətlərə qısqanclıqla yanaşır”.

Bunu Bakupost.az -a Prezident İlham Əliyevin Çinə səfərini şərh edərkən politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, ABŞ-yə gəlincə, məlumdur ki, bu ölkənin prezidenti son vaxtlar Çinə qarşı “tarif müharibəsi”nə başlayıb, sərt qərarlar qəbul edib. İndi Vaşinqtonda baxırlar ki, Azərbaycan lideri Çinə səfər edib, sənəd imzalanıb və buna diqqətli yanaşırlar:

“Bununla yanaşı, Avropadakı mərkəzlər, İran da eyni qaydada prosesləri izləyir. Biz bu halda bəzi məsələlərə diqqət etməliyik. Bəli, Azərbaycan ticarət mübadiləsində, biznes sahələrinin inkişafında maraqlıyıq. Amma elə məsələlər var ki, onlara həssas yanaşma tələb olunur. Söhbət siyasi müstəvidən gedir. Məncə, Bakı siyasi məsələlərdə Çinlə ABŞ arasında balansı pozmayacaq”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar