“Bir neçə ildir ki, Rusiya və Ukrayna arasında müharibə davam edir. Müharibənin mənfi təsirləri gün keçdikcə daha da artır. Məlumdur ki, Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçiriləcəyi barədə məlumatlar var. Qeyd olunub ki, Tramp adminstrasiyası işə başladıqdan sonrakı 100 gün müddətində Rusiya-Ukrayna müharibəsini dayandıracaq. Müharibənin dayandırılması isə Tramp və onun komandası üçün çox müsbət nəticələr verəcək”.
O hesab edir ki, danışıqlar zamanı Tramp Putini müharibəni dayandırmağa razı sala biləcək:
“Tramp Rusiya-Ukrayna müharibəsini dayandıracaq. Rusiya iqtisadi cəhətdən çökür, vəziyyəti yaxşı deyil. Buna görə də müharibənin dayanması Rusiyaya da sərf edir”.
Sevinc,
BakuPost