Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:31 / 26 İyul 2024

"Rusiya Ermənistanı cəzalandıracaq" - Ekspert

2286
"Ermənistanın son təxribatı ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyi bu ölkəyə ciddi xəbərdarlıq etdi. Erməni tərəfi bunu ciddiyə almalıdır. ABŞ-a sığınmaqla, Hindistandan silah almaqla sülh danışıqlarından yayınıb cəfəng fikirlər səsləndirmək onlara yaxşı heç nə vəd etmir".




Bunu Bakupost.az -a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

O qeyd edib ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldadır:

"Erməni tərəfi elə bir görüntü yaradır ki, guya Azərbaycanla sülh danışığına getmək, sülh müqaviləsi imzalamaq, Türkiyləylə əlaqə qurmaq istəyirlər. Amma digər tərəfdən sürətli silahlanmaya gedirlər. Hindistan, Fransa, hətta İranla da 500 milyon dollarlıq silah alış-verişi müqaviləsi imzalanıb. Bir tərəfdən də ABŞ-la hərbi təlimlər keçirlər, ondan da silah almaq fikrindədirlər. Bütün bunlar hamısı onu göstərir ki, Ermənistan yenə də öz təxribatlatına davam edirlər. Düşünürlər ki, bütün bunlarla Azərbaycana qarşı hər hansı nəticə əldə edə bilərlər. Amma reallıq budur ki, Ermənistanın Azərbaycanla müqayisə olunacaq dərəcədə güclü ordusu yoxdur və olmayacaq. Çünki Azərbaycan Ordusu artıq təkmilləşib, dünya orduları sırasında ilk əllilikdə qərarlaşıb".

Politoloq indiki siyasətin Ermənistana baha başa gələcəyini bildirib:

“Düşünmürəm ki, Rusiya bu məsələdə tolerantlıq nümayiş etdirəcək. Bir yerdə artıq Rusiya Ermənistandan bunun hesabını soruşmağa başlayacaq”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
  • Hümbət Bağıyev

    Cənab Politoloq, narahatlığınıza heç bir əsas görünmür? Kreml 1986cı ildən, son Ukrayna müharibəsi də daxil əsasən Özəlyan maraq və sifarişlərini icra etmirmi? Yelisey və Ağ evlə də razılaşılmış kimi də hiss edilmirmi?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar