Ru
12:06 / 11 Dekabr 2024

"Rusiya Əsədi heç bir ölkəyə təhvil verməyəcək" - XİN

"Rusiya Əsədi heç bir ölkəyə təhvil verməyəcək" - XİN
Eye

Beynəlxalq Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verərsə, Rusiya onu başqa heç bir ölkəyə təhvil verməyəcək.

Bakupost.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Prezident Əsəd Rusiyadadır. Belə bir vəziyyətdə mənim baş verənlər və vəziyyətin necə həll edildiyi ilə bağlı fərziyyələr irəli sürməyim düzgün olmazdı. Amma o, təhlükəsizdir, bu, Rusiyanın belə fövqəladə vəziyyətlərdə lazım olduğu kimi davrandığını göstərir", - deyə diplomat bildirib.

Rusiya XİN rəhbərinin müavini həmçinin bildirib ki, Rusiya Suriyadakı vəziyyətin ölkənin parçalanmasına gətirib çıxarmayacağına ümid edir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar