Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:17 / 04 Dekabr 2024

Rusiya Əsədin hakimiyyətdən getməsinə razıdır? - ŞƏRH

608

"Rusiya və İran Əsəd rejiminə dəstəyini davam etdirir. Ancaq Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb və Əsədin daimi hərbi dəstək istəkləri Kremli bezdirməyə başlayıb. Rusiya Suriyada həm hərbi texnikasını itirir, həm də hərbçiləri təhlükə altındadırlar. Hər halda Suriya Rusiya üçün Ukrayna qədər əhəmiyyət kəsb etməməlidir".

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İran üçün Əsədi rejiminin yıxılması böyük itki və qonşu ölkə olaraq böyük təhlükədir:

"Rusiya üçün isə Əsəd rejiminin yıxılması uzaqbaşı bu ölkədə sovetlərdən qalma hərbi bazasının itirilməsidir. Əlbəttə, Kreml Əsəd rejiminin yıxılmasını istəmir, ancaq bu nə vaxtsa baş verərsə, Moskva alternativlər barədə düşünmək məcburiyyətində qalacaq. Misal üçün Əsədin yerinə hakimiyyətə onun ətrafından biri gəlib müxalifətlə ümumi dil taparsa, bu Rusiya üçün də faydalı olar. Rusiya bu halda həm Suriyadakı bazasını qorumuş olacaq, həm də indiki qədər Suriyaya hərbi potensialını xərcləməmiş olacaq".

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar