Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsi vasitəsilə avtomobillərin bütün növləri üzrə hərəkət bərpa edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti öz Telegram kanalında məlumat yayıb.
“Yuxarı Lars keçid məntəqəsindən bütün növ nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir”, - məlumatda deyilir.
Gecə saatlarında ağır tonnajlı avtomobillər istisna olmaqla, sərnişin və avtobusların hərəkətinə icazə verilib.
Bazar günü, aprelin 13-də Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars keçid məntəqəsi vasitəsilə nəqliyyatın hərəkəti Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar dayandırılmışdı.
Zaur,BakuPost