Ru
18:00 / 16 Dekabr 2024

Rusiya hansı bölgələri öz ərazisinə qatmaq istəyir? - Açıqlama

Rusiya hansı bölgələri öz ərazisinə qatmaq istəyir? - Açıqlama
Eye


Rusiyanın hakim “Vahid Rusiya” partiyasının dekabrın 14-də keçirilən qurultayında ölkənin

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev bildirib ki,
gələcəkdə ölkənin tərkibinə yeni regionlar yarana bilər. O, bu barədəhHakim “Vahid Rusiya” partiyasının dekabrın 14-də keçirilən qurultayında danışıb. D.Medvedev Ukraynanın işğal olunmuş ərazilərinin potensialının reallaşdırılmasının vacibliyini vurğulayaraq, bu təcrübənin gələcəkdə başqa bölgələrin inteqrasiyasında da tətbiq edilə biləcəyini qeyd edib. O, bunu “Yeni regionların inkişafı” proqramı çərçivəsində həyata keçirəcəklərini qeyd edib. Maraqlıdır, Medvedyev "ölkənin tərkibinə yeni regionlar inteqrasiya edə bilər" deyərkən hansı ərazilərə işarə edir?

Mövzuyla bağlı Bakupost.az -ın suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə D.Medvedyevin olduqca qeyri-ciddi adam olduğunu bildirib:



“Bir növ təlxəklik edir və insanlar da ona gülürlər. Rusiyanın öz vəziyyəti heç yaxşı deyil. Amma düşünürəm ki, Rusiya Abxaziyanı öz tərkibinə qata bilər. Ola bilər ki, Xersonu da işğal etsinlər. Lakin dediyim kimi, Rusiyanın öz vəziyyəti heç də ürəkaçan deyil. Rusiya öz xalqının qeydinə qalmaqdansa işğalçılıq siyasəti yürüdür”.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar