"Ukrayna Qərb müttəfiqləri ilə Rusiya ilə münaqişədə atəşkəs imkanlarını müzakirə etməyib".
Bakupost.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Ukrayna lideri qeyd edib ki, son vaxtlar mediada onun atəşkəsdən danışmaq üçün Qərbə getdiyi barədə məlumatlar yayılıb. Zelenski bu məlumatı “həqiqətə uyğun olmayan” adlandırıb.
Bundan əvvəl İtaliyanın “Corriere della Sera” qəzeti yazıb ki, Ukrayna lideri Vladimir Zelenski Ukraynanın ərazi itirməsini tanımadan mövcud cəbhə xəttində atəşkəsə hazırdır, bunun müqabilində Kiyev Qərbdən təhlükəsizlik zəmanəti istəyir.