Ru
17:58 / 03 İyul 2024

"Rusiya ilə bağlı siyasət İrəvana böyük itkilər vəd edir" - Hərbi ekspert

1979
Rusiyalı politoloq Sergey Markov Minskdə keçirilən paradda Azərbaycan hərbçilərinin Rusiya və Belarus hərbçiləri ilə birlikdə iştirakının "Ermənistan rəhbərliyinin üzünə vurulan şillə" olduğunu bildirib. O, Ermənistan rəhbərliyini satqınlıqda ittiham edib.



Bakupost.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya ilə Ermənistan arasında münasibətlərin kifayət qədər gərgin olduğunu, hətta bu əlaqələr komponentinin qırılma nöqtəsinə çatdığını bildirib.


O, Ermənistanın heç vaxt müstəqil olmadığını deyib:


“Sasanilərdən başlayaraq, Osmanlıdan, Çar və Sovet Rusiyasından qırılan Ermənistan bu gün özü çirkab içində boğulmaqda olan Fransanın ətəyindən yapışıb. Təbii ki, Rusiya süni şəkildə yaratdığı Ermənistanı bu satqınçılığına görə bağışlamaq istəmir”.


Hərbi ekspert buna görə son zamanlar həm Rusiya rəhbərliyi, həm də ictimaiyyəti tərəfindən Ermənistanın ünvanına çox sərt bəyanatların səsləndirildiyini bildirib:


“Bir yandan öz sərhədlərinin qorunmasını Rusiyadan xahiş edən Ermənistan digər tərəfdən onunla hərbi sahədə olan münasibətlərini gərginləşdirir. Bununla da Qafqazda yeni bir Qərb-Rusiya qarşıdurması üçün münbit şərait yaradır. Bu isə ilk növbədə Ermənistanın özünə daha böyük itkilər vəd edir”.


Ə.Verdiyevin sözlərinə görə, Suriya da bir vaxtlar belə siyasət yürüdüb və onun ağır nəticələrinə qatlaşmaq məcburiyyətində qalıb:

“Zamanında Suriya da geopolitik maraqlar baxımından öz ərazisini Qərbin və Şərqin toqquşma meydanına çevirmişdi. Biz 10 ildən çoxdur ki, bunun ağır nəticələrini izləyirik. Ermənistanın ərazisi imkan vermir ki, orda bir neçə qlobal güc öz maraqlarını qoruya bilsin. Buna görə də Ermənistan ərazisində qlobal güclərin də toqquşmasını mümkün hesab edirəm”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər