Kursk vilayətindəki Quevo yaşayış məntəqəsi azad edilib.
Bakupost.az "Readovkaya" istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, bu, "Şimal" qüvvələr qrupunun hücum əməliyyatları zamanı mümkün olub. Readovkadan verilən məlumata görə, əməliyyatı 44-cü Ordu Korpusunun 22-ci motoatıcı alayı 177-ci qvardiya qüvvələrinin dəstəyi ilə həyata keçirib.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, rus əsgərləri Kursk istiqamətində PUA-ların 5 idarəetmə məntəqəsini və bir sursat anbarını məhv edib.
Zaur,BakuPost