Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ölkəsinin Ukraynadakı münaqişənin "dondurulmasını" qəti şəkildə rədd etdiyini açıqlayıb.
Bakupost.az Lenta.ru-ya istinadən xəbər verir ki, o, bunu Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə keçirilən müşavirə zamanı söyləyib.
Narışkinin sözlərinə görə, belə müzakirələr yalnız Qərbdə gedir və Rusiyanın döyüş meydanında tam təşəbbüsə sahib olmasından irəli gəlir.
Lalə, BakuPost