Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə İsgəndər-M raketəri ilə zərbə endirib.
Bakupost.az xəbər verir ki, zərbə nəticəsində 10 nəfər həlak olub, 44 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.
Bildirilib ki, İsgəndər-M ballistik raketi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.
“Təəssüf ki, vurulmuş raket Odessa şəhərinin Primorsk rayonunda yaşayış məhəlləsində düşüb. Binada və ətraf ərazidə yanğın olub", - məlumatda vurğulanır.
Hadisə ilə əlaqədar sabah Odessa vilayətində matəm elan olunacağı bildirilir.