Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:04 / 17 Oktyabr 2024

Rusiya Qazaxıstana qadağa qoydu

632
Bu gündən "Rosselxoznadzor" Qazaxıstandan Rusiyaya respublika tərəfindən sertifikatlaşdırılmış pomidor, bibər, əkmək üçün üçüncü ölkələrdən gələn günəbaxan toxumu, təzə bostan məhsulları, buğda, kətan toxumu və mərcinin idxalına müvəqqəti məhdudiyyətlər qoyub.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un açıqlamasında deyilir.

“Qərar Qazaxıstanın səlahiyyətli idarələrinin Rusiya ərazisinin fitosanitar təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməməsi səbəbindən qəbul edilib”, - məlumatda qeyd edilir.

"Rosselxoznadzor" qərarla bağlı Qazaxıstan tərəfini, Aİİ üzv dövlətlərinin səlahiyyətli orqanlarını, habelə Rusiyanın maraqlı federal icra hakimiyyəti orqanlarını məlumatlandırıb.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar