Ru
23:57 / 18 Aprel 2025

Rusiya qətiyyən ABŞ-ı aldatmağa çalışmır - Tramp

Rusiya qətiyyən ABŞ-ı aldatmağa  çalışmır - Tramp
Eye

ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqton heç kimlə oynamır.

Bakupost.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

"Heç kim mənimlə oynamır, bizim razılığa gəlmək üçün çox yaxşı şansımız var", - Tramp Rusiya tərəfi ilə danışıqların gedişini şərh edib.

Bundan əvvəl o, Ukraynada atəşkəs və münaqişənin həlli ilə bağlı razılaşmaların əldə olunması prosesində sonun yaxınlaşdığını bildirib.

Jurnalistlərin suallarına cavab verən Tramp bildirib ki, Rusiya münaqişənin həlli məsələlərində qətiyyən ABŞ-ı aldatmağa çalışmır.

Tramp həmçinin deyib ki, ABŞ Ukrayna razılaşması üçün “konkret günlər” təyin etmir, lakin nizamlanma üzrə tez bir zamanda razılığa gəlmək istəyir.

O əlavə edib ki, münaqişə tərəflərindən biri prosesi çətinləşdirərsə, ABŞ münaqişənin həlli ilə bağlı sazişdən çıxacaq:

"Əgər hansısa səbəbdən iki tərəfdən biri danışıqları çətinləşdirsə, biz sadəcə “siz axmaqsınız, siz sfehsiniz, siz dəhşətli insanlarsınız” deyəcəyik. Və biz sadəcə olaraq danışıqlardan uzaqlaşacağıq, amma ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağıq”.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar