Rusiya qoşunları Ukaryanın Sumı vilayətindəki Novenke kəndi yaxınlığında möhkəmlənməyə çalışır və hərbi logistikanı pozmaq üçün fəaliyyət göstərir.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andriy Demçenko ölkə televiziyasına verdiyi açıqlamada bildirib.
The New Voice of Ukraine-nın məklumatına görə bu, Rusiyanın Sumı vilayətində möhkəmlənərək, Kursk vilayətindəki Ukrayna qoşunlarını mühasirəyə almağa çalışdığı barədə əvvəlki məlumatlarla uyğun gəlir.
“Biz müşahidə edirik ki, düşmən Ukraynanın ərazisində aktiv döyüş zonası yaratmağa və Novenke kəndi yaxınlığında möhkəmlənməyə çalışır”, - Demçenko vurğulayıb.
O əlavə edib ki, Rusiya irəliləyişləri yalnız bir neçə hərbçidən ibarət kiçik hücum qrupları ilə həyata keçirilir.
"Bir neçə döyüşçüdən ibarət qruplar, ərazilərimizə sızmağa, möhkəmlənməyə və daha da irəliləməyə çalışır, məqsədləri isə logistika yollarını kəsməkdir," - deyə o izah edib.
Ukraynanın Müdafiə Qüvvələri isə düşmənin qüvvə yığmasının qarşısını almaq və döyüş sahəsini genişləndirməmək üçün artilleriya, minaatanlar və kəşfiyyat-hücum dronları ilə cavab verir.
Elmina Qasımova, BakuPost