Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:10 / 19 Noyabr 2024

Rusiya təsdiqlədi: Ukrayna Bryanska 6 ATACMS raketi atıb

871
Ötən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətindəki obyektə 6 ATACMS raketi ilə zərbə endirib.

Bakupost.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirib.

Qeyd edilib ki, S-400 və "Pantsir" hava hücumundan müdafiə sistemlərinin ekipajları 5 raketi vurub. Daha 1 raket isə zədələnib.

"Raket parçaları hərbi obyektin texniki ərazisinə düşüb. Orada yanğın başlayıb, lakin tez bir zamanda söndürülüb. İtki və dağıntı yoxdur", - deyə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar