Ru
21:34 / 24 Fevral 2025

Rusiya səmasında 12 PUA vuruldu

Rusiya səmasında 12 PUA vuruldu
Eye

Hava hücumundan müdafiə sistemləri Rusiya səmasında Ukrayna Silahlı Qüvvələrinə məxsus 12 pilotsuz uçuş aparatını məhv edib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verilib.

Məlumata görə, pilotsuz təyyarələr Moskva vaxtı ilə saat 17:25-19:45 arasında vurulub. Belə ki, Krım və Qara dəniz ərazisi üzərində beş PUA məhv edilib. Daha iki PUA Oryol və Bryansk vilayətləri üzərində vurulub.

Bir neçə saat əvvəl Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Rusiya altı Ukrayna pilotsuz uçan aparatını tutaraq məhv etdiyini bildirib. Həmin pilotsuz təyyarələr Moskva vaxtı ilə saat 16:15-17:00 arasında vurulub. Oryol vilayəti ərazisində 4, Bryansk və Kursk vilayətləri üzərində isə 2 cihaz məhv edilib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Moskva vaxtı ilə saat 14:00-15:30 arasında Kursk, Belqorod və Oryol vilayətlərində altı pilotsuz təyyarənin vurulduğunu bildirmişdi.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar