Ru
12:01 / 27 İyul 2024

Rusiya şirkətinin erməni rəhbəri saxlanıldı

2001
Rusiyada “Oboronenerqo” ASC-nin informasiya texnologiyaları şöbəsinin keçmiş rəhbəri Mark Manukyan şirkətin əmlakının oğurlanması ilə bağlı açılmış cinayət işi çərçivəsində saxlanılıb.

Bakupost.az xaici mediaya istinadən xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsi ilə dələduzluqda ittiham olunur.

İstintaq hesab edir ki, Manukyanın səhlənkarlığı oğurluğa səbəb olub. O, günahını etiraf edib və istintaqla əməkdaşlığa hazır olduğunu bildirib. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, “Oboronenerqo” ASC dövlət müqavilələri əsasında Rusiya Müdafiə Nazirliyinin obyektlərinin enerji təchizatı ilə məşğuldur. Şirkətin saytında da qeyd edilir ki, fəaliyyətinin əsas məqsədi Rusiya Müdafiə Nazirliyi obyektlərinin və digər istehlakçıların etibarlı və fasiləsiz enerji təchizatıdır.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar