Rusiyanın Kursk vilayətinin Suca şəhərindən son 24 saat ərzində 42 nəfər təxliyə edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, bununla Sucadan təxliyə edilənlərin sayı 465-ə çatıb.
Təxliyə edilənlər sığınacaqlara yerləşdirilir.