"Ukrayna Rusiya müharibəsi yaz aylarında danışıqlar prosesinə keçə bilər. Xüsusilə ABŞ prezidenti Tramp müharibənin dayandırılması istiqamətində ciddi addımlar atmayacaq. Rusiya mart ayına kimi yeni ərazilər ələ keçirmək üçün hücum əməliyyatlarını intensivləşdirəcək".
Bu fikirləri
Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə söyləyib.
O deyib ki, Avropa ölkələrinin gələn ildən Ukraynaya döyüşçülər göndərməsi istiqamətində konsensusa gəlməsi gözlənilir. Müharibə Rusiyanın üstünlüyü ilə davam edəcəksə, Avropa ölkələrinin təhlükəsizliyi təhdid altında olacaq. Avropa Trampın Ukrayna siyasətindən narahatdır. Əgər Vaşinqton Ukraynaya lazımi hərbi dəstək göstərməsə, Avropa İttifaqı ilə ABŞ-nin münasibətləri zəifləyəcək:
"Ukrayna müharibəsində həlledici dövlət Böyük Britaniyadir. Avropa ölkələrinin Ukrayna müharibəsi ətrafında vahid şəkildə birləşməsi üçün Londonun mühüm addımlar atması gözlənilir. Bunun da Rusiya üçün ciddi nəticələri olacaq. ABŞ-ın formalaşdırdığı Ramşteyn formatı özünü doğrultmadı".
Sevinc,
BakuPost