Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın Krivoy-Roq şəhərinə ballistik raketlərlə zərbələr endirib.
Bakupost.az “unian“a istinadən məlumatına görə, nəticədə ilkin məlumata görə, 4 nəfər ölüb. Onlardan üçünün qadın, birinin isə kişi olduğu açıqlayıb.
Hadisə zamanı həm də 3 nəfərin yaralandığı açıqlanıb. Eyni zamanda təhsil müəssisəsi, iki yaşayış binası və təsərrüfat təyinatlı tikiliyə ziyan dəyib.
Vilayətin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak faktı təsdiqləyib. Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul 20 yanvar tarixinin matəm günü elan ediləcəyini açıqlayıb.