Ukraynanın Nikolayev vilayətindəki Martınovkada hərbi aerodrom hücuma məruz qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə rusiyayönlü koordinator Sergey Lebedev məlumat verib.
Onun sözlərinə görə, partlayış o qədər güclü olub ki, Voznesenskdə hiss olunub.
“Martınovski aerodromuna zərbə endirildi. Çox güclü partlayış oldu, Voznesenskdə hiss olundu”, - Lebedev dedi.
Martınovka aerodromu Ukraynanın Nikolayev vilayətinin Voskresensk şəhəri yaxınlığında yerləşir.
Zaur,BakuPost