Ru
12:04 / 04 İyul 2024

Rusiya Ukraynanı yenidən vurdu - Zelenski görüntülər paylaşdı

1065
Rusiya Ukraynanın Dnepr şəhərinə raket zərbəsi endirib.

Bakupost.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski hücum anının görüntülərini paylaşıb.

Zelenski Rusiya qüvvələrinin ölkənin cənub-şərqindəki Dnepr şəhərinə raket hücumu təşkil etdiyini açıqlayıb. Raketlər şəhərdəki ticarət mərkəzinə düşüb.

Hücumda 5 nəfərin öldüyünü bildirən Zelenski Qərbdən özlərini qorumaq üçün daha çox müdafiə sistemi istəyib.


Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun 7 raket və 5 PUA ilə hücuma keçdiyini və onlardan 6-nın məhv edildiyini açıqlayıb.



Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər