Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:29 / 14 Dekabr 2024

Rusiya və İran oyundankənar vəziyyətdə...- ŞƏRH

1281

"Suriya ilə bağlı “Astana formatı”nın tarixə qovuşması Rusiya və İranı oyundankənar vəziyyətə salıb. Moskva və Tehranın Suriyadakı rolu sadəcə Əsəd rejiminə dəstək üzərində qurulmuşdu".

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoglu bildirib.


O qeyd edib ki, rejim dağıldığından Moskva və Tehranın Suriyadakı mövqeləri buxarlanıb:

"Bu gün İordaniyada Suriya ilə bağlı beynəlxalq tədbir işə başlayıb. Türkiyə, ABŞ, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, İraq, Livan, Misirin xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqı və BMT təmsilçiləri Suriyanın gələcəyini müzakirə edirlər. Suriya faktiki yenidən qurulmalıdır, ilk növbədə bu ölkənin ərazi bütövlüyü təmin edilməli, yeni Konstitusiya qəbul edilməli, seçkilər keçirilməli, dövlət institutları formalaşmalıdır. Bunların həyata keçirilməsində əsas yük Türkiyənin üzərində olacaq. Digər dövlətlər donor rolunda çıxış etməlidirlər. ABŞ İkinci Dünya Müharibəsindən sonra dağılan Avropa ölkələrinin iqtisadi və sosial problemlərinin həlli məqsədilə “Marşal planı”nı həyata keçirdi. Avropa ölkələrinin bir çoxu məhz bu planın hesabına dağılmış infrastukturlarını bərpa etdilər və çiçəklənmə dövrünə qədəm qoydular. Suriya üçün də oxşar plana ehtiyac var. Bu dəfəki planın əsas müəllifi isə Türkiyə və müttəfiqləri olacaq".

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar