Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanı Rusiyadakı Tokio islahat mərkəzlərinin işinə dair memorandumların dayandırılması barədə xəbərdar edib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Diplomatik şöbə qeyd edib ki, vaxtilə bu mərkəzlər iki ölkə arasında yaradıcı tərəfdaşlıq əlaqələrinin qurulması və ikitərəfli münasibətlərin inkişafı məqsədilə açılıb.
Lakin 2022-ci ildən Yaponiya anti-Rusiya sanksiyalarını dəstəkləməyə başlayıb və bu, sənədlərdə əksini tapmış müddəaların aktuallığını itirməsinə səbəb olub.
Eyni zamanda, ekspertlərin fikrincə, söhbət mərkəzlərin bağlanmasından yox, yalnız memorandumların qüvvəsinin dayandırılmasından gedir.