Ru
17:33 / 06 Fevral 2025

Rusiya “Yars” qitələrarası raketlərilə manevrlər keçirdi - VİDEO

 Rusiya “Yars” qitələrarası raketlərilə manevrlər keçirdi - VİDEO
744

Volqaboyu ərazisində Rusiya ordusu “Yars” qitələrarası ballistik raketləri ilə gizli manevrlər həyata keçirir.

Bakupost.az -ın “Reuters”ə istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyi “Yars” raketlərinin qarla örtülmüş meşənin içindən hərəkət etdiyini göstərən video yayımlayıb.

Rusiya MN bildiriB ki, bölmələr "Yars" raketlərinin gizliliyini artırmaq üçün meşədə dağılma tapşırıqlarını yerinə yetirib. Şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın uzunmüddətli xidmətə hazırlığı yoxlanılıb.

Qeyd olunubr ki, “Yars” yerüstü raket kompleksinin buraxılış qurğuları Yoşkar-Ola birləşməsində döyüş patrul marşrutlarına yerləşdirilib. Heyətlər 100 kilometrə qədər məsafəyə yürüş, səhra mövqelərini dəyişən bölmələrin dağıdılması, mühəndis avadanlıqları ilə təchiz edilməsi, kamuflyajın təşkili və döyüş təhlükəsizliyinin təmin edilməsi tapşırıqlarını yerinə yetirirlər.

Ruslar həmçinin “adi təxribat və kəşfiyyat qruplarına qarşı mübarizə” ilə bağlı məsələləri də həll edirlər.

Zaur, BakuPost




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar