Rusiya yenidən İran dronları ilə Ukraynaya hücuma keçib.
Bakupost.az xəbər verir ki, son iki gündə Rusiya ordusu Ukrayna ərazisini yüzə yaxın İran istehsalı dronla hədəfə alıb.
Məlumata görə, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri ötən gün 56, dünən isə 32 ədəd İran istehsalı olan Şahid-136/131 dronunu vurub. Bildirilib ki, Ukrayna qüvvələri Şahid dronları ilə yanaşı, iki ədəd “İsgəndər-k”, eləcə də iki X-47M2 "Xəncər" raketini zərərsizləşdirib.
Qeyd olunub ki, Rusiya ordusu Ukraynanın Nikolaev, Kiyev, Dnepropetrovsk, Sumı, Çerniqov, Poltava və Xarkov əyalətlərinə zərbələr endirib.
Elnur
BakuPost