Ru
00:35 / 07 Dekabr 2024

Rusiya Zaporojyeni vurdu: 9 ölü, 20 yaralı

Rusiya Zaporojyeni vurdu: 9 ölü, 20 yaralı
Eye

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin eyni adlı mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı doqquza çatıb.

Bakupost.az xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının başçısı İvan Fedorov teleqramda bildirib.

“Saat 21:00-a (Bakı vaxtı ilə 23:00 – red.) olan vəziyyətə görə, 20 nəfər yaralanıb və doqquz nəfər ölüb”, – məlumatda qeyd olunub.

Bundan başqa, Baş Prokurorluğa görə, Rusiyanın aviazərbəsi nəticəsində avtotəmir kompleksi dağılıb, mağazalar, çoxmərtəbəli binalar və s. infrastruktura ziyan dəyib.

Eyni zamanda, Milli Polisin dəqiqləşdirməsinə əsasən, vilayətə iki zərbə endirilib – biri Zaporojye şəhərinə, digəri eyni adlı rayona. İkincisi açıq əraziyə düşüb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar