Ru
10:03 / 15 Fevral 2025

Rusiyada 7 aeroport müvəqqəti bağlandı

Rusiyada 7 aeroport müvəqqəti bağlandı
974

Rusiyanın 7 hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilir.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanlarında təyyarələrin eniş və uçuşu dayandırılıb.

Məhdudiyyətin mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saatlarından tətbiq edildiyi qeyd olunub.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar