Rusiyada 7 ballıq zəlzələ - Yer yerindən oynadı - VİDEO
8220
Ötən gün Rusiyanın şərqində güclü zəlzələ baş verib.
Bakupost.az xəbər verir ki, Kamçatka yarımadasının şərqində 7,2 bal gücündə zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ 51 kilometr dərinlikdə baş verib. Fövqəladə Hallar Nazirliyi Kamçatka sahillərində baş verən zəlzələdən sonra sunami təhlükəsinin olmadığını bəyan edib.
Hələlik zəlzələdə ciddi dağıntı qeydə alınmayıb. Zəlzələ zamanı bölgədə çox sayda insanın evlərini tərk etdiyi bildirilib. 7 bal gücündə zəlzələdən sonra 4,7 bal gücündə afterşoklar da qeydə alınıb.
Rəsmilər zəlzələnin episentrinin regionun inzibati mərkəzi olan Petropavlovsk-Kamçatskidən təxminən 100 km aralıda olduğunu bildiriblər.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi sunami xəbərdarlığının verilmədiyini qeyd edib.