Ru
13:05 / 09 Dekabr 2024

Rusiyada Azərbaycan mafiyasının lideri kim olacaq: "Silahlar işə düşür" - DETALLAR

Rusiyada Azərbaycan mafiyasının lideri kim olacaq: "Silahlar işə düşür" -  DETALLAR
3964

"Qanuni oğru" Ülfət Tağıyevin (Rufo Gəncinski) Rusiyaya qayıtması ilə Azərbaycan mafiyasının əsas lideri postu uğrunda mübarizədə yeni mərhələ başlayıb.

Bakupost.az Rusiyanın "Kompromat1" nəşrinə istinadən xəbər verir ki, bu hadisələr qəddar döyülmələrlə müşayiət olunur və tezliklə atışmaların baş verəcəyi ehtimal edilir.

Qeyd olunur ki, Rufonun Rusiyaya girişinə ömürlük qadağa qoyulsa da, o, nüfuzlu "qanuni oğru" Badri Koquaşvili (Badri Kutaisski) ilə yaxın əlaqələri sayəsində bu qadağanı dəf edə bilib. Badri öz növbəsində Rusiya Federal Təhlükəsizlik Xidməti ("FSB") ilə isti münasibətləri sayəsində Rufo Gəncinskiyə yardım edib.

Lakin bu vəziyyət "1 nömrəli qanuni oğru" Zaxar Kalaşovun (Şakro Molodoy) azadlığa çıxmasına qədər davam edib. Şakro qəti şəkildə Rufo ilə heç bir əlaqə qurmaq istəmədiyini və onun "layiqli şəxslər" arasında yerinin olmadığını bildirib.



Nəticədə Tağıyev Rusiyanı tərk edərək Misirdə həyat qurmağa çalışsa da, yaxın zamanda yenidən Rusiyaya qayıtmağa müvəffəq olub və dərhal fəaliyyətini gücləndirib.

"Kompromat1"in mənbəsi bildirib ki, Rufo Rusiyanın iri bazarlarında öz adamlarını yerləşdirməyə çalışsa da, bir çox hallarda həmin adamlar döyülərək oradan qovulublar. Qayıdışından sonra Tağıyev öz adamlarına qarşı çıxanları cəzalandırmaq üçün nümayişkaranə tədbirlər görməyi qərara alıb. Belə ki, bu yaxınlarda yayılan videolardan birində Rufonun adamları Moskva ətrafında bir azərbaycanlı qanqsteri döyərək "Namiqə söy, Namiqə söy" deyə onun üstünə qışqırır və Namiq Səlifovu söyməyi tələb edirlər.

"Qanuni oğru" Namiq Səlifov (qətlə yetirilən "qanuni oğru" Lotu Qulinin qardaşı) Rufonun ən qatı düşmənidir və döyülən şəxs onun adamı olub.
Mənbənin məlumatına görə, Rufonun adamları tərəfindən buna bənzər bir neçə hücum da həyata keçirilib:



"Tağıyev bütün gücü ilə Kalaşova özünün Azərbaycan mafioz klanlarında əhəmiyyətli bir güc olduğunu və onsuz keçinməyin mümkün olmadığını sübut etməyə çalışır".

Şakroya gəldikdə isə, o, daha əvvəl də bildirildiyi kimi, digər bir azərbaycanlı "qanuni oğru" Zaur Şipilova (Zaur Naxçıvanski) üstünlük verib və onunla bir neçə dəfə görüşüb. Əvvəllər Zaur Rufoya dost münasibət göstərən mafioz kimi tanınırdı. Lakin indi vəziyyət köklü şəkildə dəyişib. Mənbələr yaxın vaxtlarda silah səslərinin eşidilə biləcəyini istisna etmirlər.



Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar