Ru
18:16 / 10 Dekabr 2024

Rusiyada mafiya lideri olmağa iddialı Zaur Naxçıvanski kimdir? - DOSYE

Rusiyada mafiya lideri olmağa iddialı Zaur Naxçıvanski kimdir? - DOSYE
1749


Xəbər verdiyimiz kimi Rusiyada Azərbaycan mafiyasının lideri postu uğrunda kriminal dünyanın tanınmış simaları arasında mübarizə başlayıb. Bildirilir ki, bu liderlik uğrunda bir neçə il əvvəl qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın dostu Ülfət Tağıyev (Rufo Gəncinski) və Zaur Naxçıvanski arasında gərgin rəqabət mövcuddur.

Rusiya mafiyasının lideri Zaxar Kalaşovun (Şakro Molodoy) Rufo Gəncinskinin əleyhinə olduğu bildirilir. Eyni zamanda qətlə yetirilmiş "qanuni oğru" Lotu Qulinin qardaşı Namiq Səlifov da Rufo Gəncinski ilə düşmən münasibətdədir. Bu səbəbdən Kalaşov və Namiqin Zaur Naxçıvanskinin Rusiyada Azərbaycan mafiyasının liderin olmasını istədikləri bildirilir. Lakin Zaur Naxçıvanski Rufo Gəncinski ilə müqayisədə nisbətən daha az tanınır.

Bəs Zaur Naxçıvanski kimdir? O, kriminal dünyaya necə qoşulub, kim tərəfindən taclandırılıb?

Bakupost.az onunla bağlı məlumatları təqdim edir:

1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olan 36 yaşlı Zaur Şipilov kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.



Zaur Naxçıvanski Rövşən Lənkəranskinin “xaç oğlu” kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndə 21 yaşı olan Zaur, həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilib. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyük rol oynayıb.

Zauru “tac”landıran da məhz Rövşən Canıyev olub. Bu, 2013-cü ildə Türkiyədə keçirilən “sxodka”da baş verib.

27 yaşında “qanuni oğru” adını alan Zaur Şipilov “Zaur Naxçıvanski” kimi tanınmağa başlayıb.

Zaur Orenburqda doğulub böyüsə də, həmin şəhərdə onu “oğru” kimi az adam tanıyır. Lakin kriminal aləmdə nüfuzu olan “Culfalı Bayram”ın oğlu olması, Rövşən Lənkəranskinin yanında yetişməsinə görə hər zaman hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə olub.

Son həbsinə gəlincə, Zaur Şipilov 2015-ci ilin oktyabr ayında Moskvanın Alayski bazarında olan “Çertanovskoy” restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə aşkarlanıb. Şipilova Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə saxlama) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən “Matrosskaya Tişina” həbsxanasına göndərilib.

Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətinə azadlıqdan məhrum edilib. Ən gənc “qanuni oğru”lardan olan Zaur, “Matrosxkaya Tişina” cəzaçəkmə müəssisəsindən Samara vilayətində olan həbsxanaya etap edilib.

Kriminal avtoritet həmin türmədə tanınmış “qanuni oğru” Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib. 2018-ci ildə isə azadlığa çıxıb.

Qeyd edək ki, bir neçə il əvvəl (2020, 13 mart) Rusiya KİV məlumat yaymışdı ki, “qanuni oğru” Zaur Naxçıvanski "Roskomnadzor"dan onun oğru tituluna dair məlumatların silinməsini istəyib.

O, həmçinin internet nəşrlərində onun adı olan yazıların silinməsini istəyib.

Zaur, BakuPost





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar