Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:31 / 30 İyul 2024

Rusiyada miqrantlara kəskin münasibət: "Müharibəyə göndərə bilərlər"

1862
Bu ilin mart ayından Rusiyada miqrantlara qarşı münasibət kəskin pisləşib. Onların deportasiya edilməsi halları artıb, ölkəyə daxil olmaları isə çətinləşib. Bildirilir ki, Rusiya hökuməti miqrantlardan vətəndaşlıq almağı tələb edir.

Miqrantlar isə müharibəyə göndəriləcəklərindən qorxaraq bundan imtina edirlər. Rusiya öz vətəndaşlarından isə səfərbərlikdə qeydiyyatdan keçməyini tələb edir.




Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli Ukrayna müharibəsində böyük itki verən Rusiyanın indi bu üsula əl atdığını bildirib.

Onun sözlərinə görə, orduda fərarilik, çağırış vərəqəsini alan kimi ölkəni tərk etmə halları olduğu üçün dövlət bu cür addımlar atmağa məcbur qalıb:

“İndiyə qədər orduda canlı qüvvə ilə bağlı boşluqların yerlərini türmədəki dustaqlarla, dağlarda yaşayan azsaylı xalqlarla doldururdular. İndi görürlər ki, başqa çıxış yolları yoxdur, ona görə bu üsula əl atıblar. Açıq deyirlər ki, miqrantlar bizim ölkədə pul qazanırlar, amma nəyə görə vətəndaş olub gedib cəbhədə döyüşməməlidirlər? Zənnimcə, adamları sadələşdirilmiş yolla vətəndaşlığa cəlb etməklə günü sabah çağırış vərəqəsi göndərib orduya cəlb etmək niyyətləri var”.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar