Ru
17:13 / 13 Yanvar 2025

Rusiyada sabiq vəkil Paşayevə qarşı daha bir cinayət işi açıldı

Rusiyada sabiq vəkil Paşayevə qarşı daha bir cinayət işi açıldı
Eye

Rusiyada sabiq vəkil Paşayevə qarşı daha bir cinayət işi açıldı

Rusiyada Azərbaycan əsilli keçmiş vəkil Elman Paşayevə qarşı daha bir dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Bakupost.az xəbər verir ki, bu barədə TASS Moskva Qarnizonu Hərbi Məhkəməsinə istinadən məlumat yayıb.

Bildirilir ki, iş üzrə zərərçəkən Zaxarov soyadlı bir şəxsdir. O, məhkəmə iclasında iştirak edə bilməyib.

“Siz şübhəli şəxs qismində tanınırsız”, - deyə hakim Paşayevə müraciət edib.

Qeyd edək ki, Paşayev 2024-cü ilin sentyabrında Moskvada həbs edilib. İstintaqın versiyasına görə, fevral ayında o, “marafon kraliçası” Yelena Blinovskayanın həyat yoldaşı Alekseyi böyük məbləğdə pul müqabilində vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad etməyi vəd edib. Blinovski keçmiş vəkilə təxminən 18,5 milyon rubl və 300 min ABŞ dolları verib.

Noyabrın 13-də hərbi məhkəmə keçmiş vəkilin həbs müddətini uzadıb.

Lalə Novruz, BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar