Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Kanaş şəhərində yanvarın 2-də Şaxta baba paltarı geyinmiş silahlı şəxsin iş adamını güllələyərək qətlə yetirdiyi anların görüntüləri yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Əks olunan kadrlarda qatil əvvəlcə qurbanla selfi çəkdirib, daha sonra 44 yaşlı iş adamı Yuri Surakin (digər məlumatlara görə, onun 54 yaşı olub) kassanın arxasına keçib, Şaxta baba isə əlində silahla mağazanın zalında gəzməyə başlayıb. Bundan sonra o, kürkünün altından silahı çıxarıb və mağaza sahibinə atəş açıb. Bu zaman orada alıcılar da olub.
"Hadisə yanvarın 2-də günorta saatlarında Kanaşdakı "Beryozka" mağazasında baş verib. Şaxta baba paltarı geyinmiş şəxs mağaza sahibi Yuri Surakinə qoşalüləli silahdan bir neçə dəfə atəş açıb, sonra isə hadisə yerindən qaçıb", - deyə hadisə ilə bağlı məlumatda bildirilib.
İş adamı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Həmin görüntüləri təqdim edirik: