Rusiyanın Volqoqrad şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində 100-ə yaxın insan xəsarət alıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Volqoqrad şəhərində baş verib.
Qəza zamanı qatarda 800 sərnişinin olduğunu açıqlayan Rusiya mətbuatı ən az 8 vaqonun relsdən çıxması nəticəsində təxminən 100 nəfərin yaralandığını yazıb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada ilkin tibbi yardım briqadasının hadisə yerində olduğu və 324 nəfərlik tibbi heyətin yaralılara yardım etdiyi bildirilib.
Vasif
BakuPost