Ru
17:57 / 15 Mart 2025

Rusiyada sərxoş hərbçi azərbaycanlını öldürdü

Rusiyada sərxoş hərbçi azərbaycanlını öldürdü
Eye

Rusiyada azərbaycanlı oteldə öldürülüb.

Bakupost.az lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Moskva şəhərindəki otellərdən birində baş verib.

Qeyd olunub ki, qətli törədən şəxs keçmiş məhbus olan hərbçidir. Onun qətli sərxoş halda törətdiyi bildirilib.

Hadisə yerindən Azərbaycandan gələn, əvvəllər məhkum olunmuş şəxsin bir neçə bıçaq xəsarəti olan meyiti tapılıb.

Hadisəni törədən Rusiya Silahlı Qüvvələrinin hərbçisi, Perm diyarından olan 37 yaşlı Vitali Ospişşov saxlanılıb.

Məlum olub ki, şübhəli şəxs bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar